“Hyundai”ın bu modellərində ciddi NÖQSAN: Geri çağırıldılar


Koreyanın “Hyundai” şirkəti 13,5 min avtomobili təmir üçün geri çağıracaq.

 

Məlumata görə, qeyd olunur ki, 7 349 “Elantra”, 2 364 “Venue” və 3 798 “Kona 2024” model avtomobillərində istehsalçıda nasaz işlənmiş qazın resirkulyasiya sisteminin sensorları quraşdırılıb. 

 

Avtomobilin istismarı zamanı sensorda qısaqapanma baş verə bilər ki, bu da mühərrikin dərhal dayanmasına səbəb olacaq. “Hyundai” 14 oxşar hadisədən xəbərdar olduğunu bildirib.


Avtomobil sahibləri ən yaxın dilerlə əlaqə saxladıqda nasaz hissələr pulsuz dəyişdiriləcək.


Oxunub: 97





Təsisçi: Beyrək Hüseyinov
Tel: 077 736 14 14
E-mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Müəllif hüquqları qorunur.